İmam Əli (ə) Cəmkəran məscidi barədə xəbər vermişdir

Yazar: Fexri     Kategori: Cəmkaran   Tarix: 16-06-2016, 21:05  

Tur qiyməti:

     


 

 



İmam Əli (ə) Cəmkəran məscidi barədə xəbər vermişdir

Şeyx Səduq Əmirəl-möminindən (ə) nəql edir ki, İmam (ə) Yəmaninin oğluna xitab edərək buyurur: "Ey Yəmaninin oğlu! Zühurun əvvəllərində Ali-Muhəmmədin (ə) Qaimi (ə.f) Qum adlandırdıqları şəhərdə qiyam edər və insanları haqqa dəvət edər. Şərq və Qərbdə olan bütün xəlqlər həmin şəhəri qəsd edərlər. İslam yenilənər və hər kim düşmənin qorxusundan gizlənər, bayıra çıxar. Heyvanlar və quşlar öz yuvalarında amanda olaraq, yatarlar. O şəhərdə həyat bulağı zahir olar və həmin yerdə haqq zahir olar.

Ey Yəmaninin oğlu! Bu müqəddəs torpaqdır ki, ləkədən pakdır. Allah Təaladan istəmişdir ki, özünün ən yaxşı xəlqini orada sakin etsin. Duası yerinə yetdi və bu torpaqda böyük qəsr inşa edərlər. O qəsr şöhrətli Roma malikinin sahibindəndir. Bu torpaqdan İbrahim Xəlil (ə) qoyun gətirir ki, qurban etsin. Bu torpaqda Roma əhlinin minlərlə bütü sındırılmışdır. Bu torpaqda haqq nuru parlamışdır. Bu torpaqda müşk iyi hiss edərlər. Allah-Təala Beytul-ətiqi bu şəhərə göndərmişdir. Tikililər bu torpaqda olar. Mənzil və torpaq sahələri burada bahalı olar. Sanki torpaq inək dərisindəndir. Bayrağını bu ağ dağa sancarlar. Məscidin cənubunda köhnə kənd və zərdüştlərin köhnə qəsri vardır.

Onu Cəmkəran adlandırarlar, bir minarənin altından o məscid üzə çıxar. Onun yaxınlığında Gabrani atəşxanası vardır. İmam (ə) bərraqa minər və yaxın mələklər, ərşi həml edənlərlə dolanar. Adəmin (ə) məntiqi, Xəlilullahın (ə) mülayimliyi, Həzrət Davudun (ə) hikməti, Musanın (ə) əsası, Həzrət Süleymanın (ə) üzüyü, Talutun tacı onunla olar. Onun üzərində hər bir peyğəmbərin (ə), vəsinin, mömin və təkallahlı olanın adı yazılmışdır”.

Bu nurani hədisdən göründüyü kimi, İmam Əli (ə) Cəmkəran məscidindən xəbər vermişdir. Həzrət (ə) buyurur ki, məscidin cənubunda köhnə kənd və ağ dağ vardır. Tarixə nəzər salsaq, görərik ki, Qumda hədisdə adı çəkilən belə bir qəsr mövcud olmuşdur.

Cəmkəran məscidinin fəziləti üçün elə bu kifayətdir ki, İmam Əli (ə) ondan xəbər vermişdir. 


Yorum Ekle

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

ADRES BİLGİLƏRİ

Mini Galeri