MƏŞHƏD ŞƏHƏRİNİN QISA TARİXÇƏSİ

Yazar: Fexri     Kategori: Məşhəd   Tarix: 19-04-2016, 23:37  

Tur qiyməti:

     


MƏŞHƏD ŞƏHƏRİNİN QISA TARİXÇƏSİ



Məşhəd şəhərinin qısa tarixçəsi
"Məşhəd" sözü "şuhud", "huzur" və "şəhadətgah" (şəhid olunan yer) mənasındadır, və "məşahid" məşhəd sözünün cəmidir. Məşhəd və məşahid sözləri hicri-qəməri təqvimi ilə üçüncü yüzillikdə imamların (ə), övliyaların və tanınmış şəxslərin məzarlarına aid edilirdi. Məsələn, o dövrdə belə deyilirdi: Morğabın Məşhədi (Fars əyalətində), Mihənənin Məşhədi (Əbu Səid Əbulxeyrin məzarı) və Tus Məşhədi, yaxud Rəzəvi Məşhəd (Xorasanda imam Rzanın (ə) turbəsi).
"Surətul-ərz" kitabının muəllifi ibn Həvqəl (367-ci h.q) yazır: "Əgər Tus da Nişapur vilayətinə aid olsa, o zaman onun şəhərləri Raykan, Təbəran və Noğandan (Toroğuz) ibarət olacaq. Əli ibn Musa ər-Rzanın (ə) qəbri Noğan şəhərinin yaxınlığında Sənabad kəndində yerləşir."

Şəhərin genişlənməsi
202-ci (h.q) ildə Həzrət Rza (ə) Məmun Abbasinin əli ilə şəhadətə yetirildikdən sonra Sənabadda Harunun məqbərəsində torpağa tapşırıldı. Bundan sonra Noğanın Sənabadı "məşhəd" adı ilə tanındı və zaman keçdikcə şəhər genişlənməyə başladı. Xüsusilə, Şah Təhmasib Səfəvinin dövründə şəhər bir az da vüsət aldı və Tus əhalisi də Məşhədə köçürülməyə başladı. Tus Xorasanın şimal nahiyəsində Kəşfrud çayının yuxarısındakı yolda yerləşir və onun məşhur şəhərləri bunlardır:
Noğan, Tabran, Radkan. Noğan üçüncü (h.q) yüzilliyin sonlarına qədər çox əhəmiyyət və etibara malik idi. Onun viranələri Məşhədin qərb hissəsində Hüseynabad və Mehrabad kəndləri yaxınlığında yerləşirdi. Ondan sonra Tabəran şəhəri əhəmiyyət və vüsət tapdı və sonralar Tus adı ilə tanındı. Nəhayət, öncə Sənabadda yerləşən bir məzara şamil edilən Məşhəd şəhəri yavaş-yavaş genişlənməyə başladı. 830-cu (h.q) ildən başlayaraq Noğan adı unuduldu və Tus (əslində Tabəran) şəhəri viran oldu. Onun yerini Məşhəd tutdu. Nəhayət, Səfəvilərin dövründə Tus əyalətinin və Xorasanın mərkəzinə cevrildi.
Məşhədin və Tusun fəthi 31 və 32-ci (h.q.) ildə Osmanın xilafəti zamanı müsəlmanlara nəsib oldu və Əbdülməlik Mərvanın (65-86 h.q.) xilafəti zamanı Bəni Təmim ərəbləri Tus qalasını ələ keçirdilər və 125-ci (h.q.) ilə qədər əldə saxladılar. 192-ci (h.q.) ildə Harun ər-Rəşid bu diyara səfər etdi və Tusda xəstələnərək öldü. Onu imam Rzanın (ə) dəfn olunduğu yerdə basdırdılar.
Bu şəhər Səlcuqilərin, İran Elxanlarının, monqolların və başqa qarətçilərin hücumlarına məruz qalmış və bir neçə dəfə viran edilmişdir. Yalnız Səfəvilərin dövründə Məşhəd şəhəri xüsusi rövnəq tapmış və öz abadlığını bərpa etmişdir.


MƏŞHƏDİN MƏŞHUR ZİYARƏTGAHLARI

Şəhərin ən mühüm ziyarətgahları və tarixi abidələri bunlardır: Həzrət İmam Rizanın (ə) pak hərəmini, Gövhərşad məscidini, Pirizad mədrəsəsini, Balasər mədrəsəsini, Şeyx Bəhainin məqbərəsini, Balasər məscidini, Zərrin Səqqaxanasını və digər mübarək yerləri əhatə edən Astani-qüds-Rəzəvi. Bundan başqa, Şah məscidi, Xacə Rəbi, Qonbəde-Səbz (yaşıl günbəz), Nadir şahın məqbərəsi və s. də ziyarət olunmalı məkanlardır.

İMAM RİZANI (Ə) HƏYATI
Ləqəbləri: Riza, Siracüllah, Nurul-huda, Qürrəti əynil-möminin, Məkidətül-mülhidin, Küfvül-mülk, Kafil-xəlq, Fazil, Sabir, Vəfiyy, Siddiq, Zəkiyy.
Künyəsi: Əbül-Həsən.
Atası: Musayi Kazim (əleyhissalam).
Anası: Nəcmə (künyələri: Ümmül-Bənin, Xizran, Şədra, Ərvah, Səkinə).
Doğulduğu gün:11 Zilqədə.
Doğulduğu yer: Mədineyi-Münəvvərə.
Doğulduğu il:148-ci hicri ili.
Şəhid olduğu gün: 28 Səfər.
Şəhid olduğu il: 203-cü hicri ili.
Ömrü: 55 il.
Şəhadət səbəbi: O Həzrəti Abbasi xəlifələrindən olan Məmun zəhərləmişdir.
Dəfn olunduğu yer: Müqəddəs Məşhəd şəhəri.
Övladlarının sayı: 6 (5 oğlan, 1 qız)
Oğlanları:
1. Məhəmməd.
2. Qane.
3. Həsən.
4. Cəfər.
5. Hüseyn.
Qızı: Ayişə.
Üzüyünün yazısı: "Maşaəllahu la qüvvətə illa billah” (Hər nə Allah istəsə; Allahdan başqa heç bir qüvvə və qüdrət yoxdur).



İMAM RİZANI (Ə) ZİYARƏT ETMƏYİN FƏZİLƏTİ

İmam Rizanı (ə) ziyarətin savabı, fəziləti barədə Peyğəmbəri-Əkrəm (s) və məsum İmamlardan (ə) bir çox hədislər nəql olunmuşdur ki, bir nesəçini nümunə üçün qeyd edirik:
1. Şeyx Səduq öz "Uyunul-əxbar" və "Əmali" kitablarında Peyğəmbəri-Əkrəmdən (s) belə nəql edir ki,həzrət buyurmuşdur:
"Tezliklə mənim bədənimin bir parası (övladlarımın biri) Xorasan torpağında dəfn olacaq. Onu ziyarət edən hər bir möminə Allah Cənnəti vacib edər, bədənini isə Cəhənnəm oduna haram edər."
2. Yenə də Şeyx Səduq qeyd olunmuş kitablarında Peyğəmbəri-Əkrəmdən(s) belə nəql edir ki, o Həzrət buyurmuşdur:
"Tezliklə mənim bədənimin bir parası (övladlarımın biri) Xorasan torpağında dəfn olacaq. Allah onu ziyarət edən və çətinliyi olan şəxsin çətinliyini aradan qaldırar və onu ziyarət edən günahkarın günahını bağışlayar."
3. Şeyx Səduq Həzrət Əlidən (ə) nəql edir ki, o Həzrət buyurmuşdur:
"Tezliklə mənim övladlarımdan olan bir kişi zülmkarlıqla zəhərləndiriləcəkdir. Onun adı mənim adım, atasının adı isə İmran oğlu Musanın adıdır. Agah olun ki, hər kim onu qürbətdə ziyarət edərsə, keçmiş və gələcək günahları ulduzlar, yağışın qətrələri və ağacların yarpaqları qədər olsa belə, Allah bağışlayar."
4. Şeyx Səduqdan nəql olunmuş başqa bir hədis belədir: "İmam Riza (ə) Məmunun əli ilə özünün necə öldürülməsini bəyan etdikdən sonra buyurur: "Hər kim məni qürbətdə, uzaqdan məzarımı ziyarət etsə, Qiyamət günü üç yerdə onun yanına gəlib onu nigarançılıqdan və iztirabdan xilas edərəm; birincisi, insanların əməl kitabları sağdan və soldan onlara verilən zaman, ikincisi, insanlar Sirat körpüsündən keçən zaman, üçüncüsü isə əməlləri tərəziyə qoyulan zaman».
5. Uyun ul-əxbarda İmam Cavaddan (ə) nəql olunmuşdur ki, o Həzrət buyurmuşdur:
"Atamın imamətinin həqiqiliyinə əqidəsi olduğu halda Tus vilayətini (Xorasanı) ziyarət edən şəxs üçün Allah yanında Cənnətə zaminəm".
Allah bizi o Həzrətin imamlıq haqqına arif olan zəvvarlardan etsin! Amin!

Əhali
2010-cu ildə Məşhəd şəhərində əhalinin
ana dilinə əsasən etnik tərkibi
etnik qrup nisbəti
Farslar
  93.50%
Azərbaycanlılar
  3.40%
Kürdlər
  1.50%
Şimallılar (Giləklər, Talışlar, Mazandaranlılar, Türkmənlər)
  0.50%
Ərəblər
  0.50%
Digərləri   0.60%
Memarlığı
Məşhəd memarlıq abidələri ilə zəngin bir yerdir. Burada Gövhərşad məscidi, Şah məscidi, Nadir şahın məqbərəsi və onun at üstündə tuncdan heykəli var. Qədim Tus şəhərinin xarabalığı Məşhəddən 25 km aralıdır. X əsrə aid körpü, Firdovsinin qəbri və s. qalmışdır.
İqtisadiyyatı
Məşhədə metal emalı, toxuculuq, dəri-ayaqqabı, yeyinti sənayəsi sahələri vardır. Kustar sənətkarlıq (zərgərlik və xalçalıq) öz əhəmiyyətini saxlayır. Şəhərdə qədim tarixə malik kitabxana, universitet var.

Məşhəd şəhəri İslam dünyasının mədəniyyət paytaxtı elan olundu
İranın mədəniyyət və İslami irşad naziri 2017-ci ili İranın müqəddəs Məşhəd şəhərinin İslam dünyasının mədəniyyət paytaxtı elan edilməsinin İran İslam Respublikası üçün dəyərli bir fürsəti ortaya qoyduğunu bildirib.
İran KİV-lərinə istinadən verdiyi xəbərə görə, dünən İslam Dünyasının Mədəniyyət Paytaxtı Siyasət Şurasının üzvlərinin iclasında çıxış edən İranın mədəniyyət və İslami irşad naziri Əli Cənnəti, ölkəsinin bu fürsətdən istifadə edəcəyini və öz mədəniyyəti və adət-ənənələrini bütün dünyaya tanıdacağını qeyd edib.
İsfahan şəhərinin də 2006-cı ildə İslam dünyasının mədəniyyət paytaxtı seçildiyini xatırladan Cənnəti, indiyə qədər İslam dünyasının mədəniyyət paytaxtına ev sahibliyi edən ölkə və şəhərlərin bu barədəki təcrübələrindən istifadə ediləcəyini söyləyib.
Əhli-Beyt (ə) imamlarının səkkizinci imamı Həzrəti Əliyyən Rzanın (ə) mübarək türbəsinin olduğu və İslam dünyasının böyük diqqətini özünə cəlb edən müqəddəs Məşhəd şəhəri hər il yerli və xarici olmaqla 30 milyondan artıq insanı qonaq olaraq qarşılayır.
Müəllif: Vüsal Əli

EŞQ SƏFƏRİ

Yorum Ekle

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

ADRES BİLGİLƏRİ

Mini Galeri